Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqustun 10-da epidemiologiya və gigiyena ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 43 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərdən 36 (83 faiz) nəfər uğurlu nəticələr əldə edib.
Qeyd edək ki, növbəti test imtahanları avqustun 17-də ümumi cərrahiyə və anesteziologiya - reanimatologiya ixtisasları üzrə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB