Məleykə Abbaszadə: \"Bu il 500 bal toplayan bir neçə abutiryenti yerləşdirmək mümkün olmayıb\" - AÇIQLAMA
\"Bu il qəbul imtahanlarında 500 bal toplayan abituriyentlərdən bir neçəsi istisna olmaqla hamısı ali məktəblərə qəbul olub. I və II qruplarda yüksək bal toplayan bir nəfər də olsa kənarda qalmayıb. III, IV qruplarda kənarda qalanlar isə yüksək reytinqli fakültələri seçənlərdir\". SİA-nın məlumatına görə, bu sözləri Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadəyə keçirdiyi mətbuat konfransında deyib: "3-cü qrupa sənəd verənlər hüquq fakültəsini, 4-cü qrupda sənəd verənlər isə Tibb Universitetini seçənlərdir. Onlardan daha yuxarı bal toplayanlar həmin yerlərə qəbul olduğu üçün bir neçə məzun həmin fakültəyə yerləşdirmək mümkün olmayıb. Onlar seçimdə yalnız bir fakultə göstəriblər. Onu da deyim ki, həmin məzunlardan heç biri TQDK-ya müraciət etməyib. İnanırıq ki, gələn il bu cür potensialı olanlar daha yüksək bal toplaya biləcək. Əgər özəl universitetlər həmin məzunları təmənnasız yerləşdirmək istəyərsə və bu məzunlar özəl universitetlərdə həmin fakültələrdə təhsil almaq istəyərlərsə, bunun üçün şərait yaradıla bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB