\"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 18 ildir ki, attestat qiymətlərinin reallığı əks etdirməməsi haqda açıqlama verir. Bu barədə ilk araşdırmalar 2004-cü ildə başlanıb və həmin vaxt attestatda yüksək qiymət alanların cəmi 10 faizinin yüksək nəticə göstərə bildiyi açıqlanıb. Həmin vaxtla müqayisədə isə bu il attestat qiymətlərində yüksək qiymət alanların cəmi bir faizi qəbul imtahanlarında yaxşı nəticə nümayiş etdirə bilməyib\". SİA-nın məlumatına görə, bu sözləri Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadəyə keçirdiyi mətbuat konfransında deyib: "TQDK bu məsələ ilə bağlı nə məktəb direktorlarına, nə müəllimlərə təsir edə bilməz. Biz yalnız nəticələri açılamaqla reallığı ortaya qoyuruq. O da faktdır ki, attestat qiymətlərinin şişirdilməsində valideynlərin də rolu var. Ancaq imtahanlar zamanı reallıq görünür".
M. Abbaszadə bu il əlaçılar və orta məktəbi qızıl medalla bitirənlərin hamısının 500-dən yuxarı bal topladığını da deyib: "Ancaq bu problemin tam həllini tapması demək deyil. Yenə də attestatların reallığı nümayiş etdirməməsi faktları var. Məsələn, attestat qiyməti "3" olan abituriyentlərin 87,8 faizinin 100 baldan çox topalaması o deməkdir ki, onların qiyməti attestatda "2" əvəzinə "3" göstərilib. Bu məzunlara əslində attestat verilməməli idi. Attestat qiyməti \"4\" və 4 yarım olan abituriyentlərin 11,6 faizi 0-100 bal arası nəticə göstərib. Burda da böyük nəticələr olmalı idi. İmtahanlarda 0-150 bal toplayan məzunlar da var. Bu məzunlar isə ali məktəblərə ümumiyyətlə, buraxılmamalı idilər. Ancaq onlara da attestat verilib".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB