TQDK sədri: \"Texnikumlara maraq artıb\"

TQDK sədri: \"Texnikumlara maraq artıb\"
Bu il orta təhsil müəssisələrində plan yerlərinə sənəd verənlərin sayı 1000 nəfər artıb. Bu isə o deməkdir ki, orta təhsil müəssisələrinə maraq artıb. SİA-nın məlumata görə, məlumatı bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə verib: "Orta təhsil müəssisələrində yerlər tam olaraq dolub. 1-ci qrup üzrə yerlər 90 faiz, 2-ci qrup üzrə 100 faiz, 3-cü qrup üzrə isə 88 faiz dolub. Yalnız xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə boş yerlər qalıb. Texnikumlarda son illər yüksək müsabiqə vəziyyəti müşahidə olunub".
M. Abbaszadə ali təhsil müəssisələrində üzrə boş qalan plan yerlərinin sayı haqda da məlumat verib: "Azərbaycan və rus bölməsi üzrə 1-ci qrupda 160, 2-ci qrup üzrə 112, 2 - cü qrup üzrə 111 vakant yer qalıb. 4-cü qrup üzrə isə vakant yer qalmayıb".
TQDK sədri bu il orta ixtisas təhsil müəssisələrinə müsabiqə zamanı bəzi ixtisas üzrə formalaşmış keçid balları ali təhsil müəssisələrinin müəyyən ixtisaslarından daha yüksək olduğunu da deyib: "Məsələn 1 nömrəli Bakı Tibb Kollecinin Müalicə işi ixtisasına keçid bal 351, Azərbaycan Maliyyə - İqtisad Kollecinin Bank işi ixtisasına keçid bal isə 348 olub".

Bütün xəbərlər Facebook səhifəmizdə