TQDK ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olan abituriyentlərə müraciət etdi

TQDK ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olan abituriyentlərə müraciət etdi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsil müəssisələrinə qəbulu başa çatdırıb. Məlumatı bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə verib: "Ali və orta ixtisas müəssisələrinə qəbul olunanlar sənədlərini qəbul olduqları müəssisələrə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Ali təhsil müəssislərinə əsas yerləşdirmə zamanı qəbul olunanlar avqustun 18-dək, ali məktəblərin boş qalan plan yerlərinə qəbul olunanlar avqustun 12-dən 18-dək, magistraturaların boş qalan plan yerlərinə qəbul olunanlar avqustun 19-dək, tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isə avqustun 15-dən 29-dək sənədlərini təhsil müəssisələrinə təqdim edib qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə qeydiyyatdan keçməmək həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul olunması haqda əmri tədris müəssisəsinə göndərilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə