Şahlar Əsgərov: “100 bal toplayanların sonrakı taleyi böyük sual altındadır”-AÇIQLAMA
Bu il ali məktəblərə qəbul imtahanlarında 4 nəfərin 700 bal toplaması o deməkdir ki, artıq gənclik əlaçı qismi öz həyatını texniki fənlərlə bağlayırlar. Bu fikri SİA-ya açıqlamasında təhsil eksperti, professor Şahlar Əsgərov ali məktəblərin nəticələrinə münasibət bildirərkən deyib. O bildirib ki, texniki fənlər yaradıcı, istehsal, qurma, maddi nemətlərin istehsalı ilə bağlıdır. Onun sözlərinə görə, bu sevindirici haldır və nəticələrə sevinmək lazımdır. Üçüncü qrupda da 680, 690 bal toplayanların olduğunu deyən Ş.Əsgərov vurğulayıb ki, ölkədə humanitar, hüquqşünas, iqtisadçı və digər ixtisas sahibləri lazımdır. O qeyd edib ki, hər il olduğu kimi bu il də ali məktəblərdə aşağı nəticə göstərənlərin az olması təhlükəli bir şeydir.
"Nəticələri 3 hissəyə-450-700, 250-450 və 0-250 bala ayırmaq olar. 450-700 arası bal yığanlar gələcəkdə bizim qızıl fondumuzdur. 250-450 bal toplayanlar gərək öz üzərilərində çox işləsinlər. 0-200 bal toplayanların çox olması isə faciəvidir. Orta məktəblərə dövlət tərəfindən ayrılan pullar təhsilə sərf oluna bilmir. Gənclərin sonrakı taleyi faciəvidir. Keçən əsrin 50-ci illərində bir texnikum diplomu ilə ailə saxlamaq olardı. 70-80-ci illərdə bir ali məktəbin diplomu ilə ailəni saxlamaq olardı. İndi bir diploma güc çatmır, ona görə də gənclər iki ali diplom alırlar ki, ailə saxlamaq istəyirlər. Əgər kimsə 100 bal yığaraq qəza zolağındadısa, onların sonrakı taleyi böyük sual altındadır. Bunun üçün yaşlı nəsil ciddi fikirləşməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB