Ali məktəblərin boş qalan plan yerlərinə və tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri açıqlandı

Ali məktəblərin boş qalan plan yerlərinə və tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri açıqlandı

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, müsabiqənin nəticələri saat 17:15-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 1077 nəfər, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 7393 nəfər qəbul olub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər avqustun 12-dən 18-dək, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar isə avqustun 15-dən 29-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə