Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və orta ixtisas müəssisələrinə ixtisas seçimi başa çatıb

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və orta ixtisas müəssisələrinə ixtisas seçimi başa çatıb

Dünən gecə saat 24:00-da ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və orta ixtisas (tam orta təhsil) müəssisələrinə ixtisas seçimi başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, ilkin məlumata əsasən, 16419 abituriyent sənəd verib. Onun sözlərinə görə, ixtisas seçimi edən abituriyentlərin 15206-sı Azərbaycan, 1213-ü isə rus bölməsinin məzunlarıdır. E.Nağızadə bildirib ki, 15571 abituriyentin 4570-i I, 4517-si II, 5693-ü III, 1639-u isə IV ixtisas qrupun ixtisaslarını seçiblər.

"İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələ­rinin təhsili dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 15-dək ixtisas kodu­nu seçib və "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edib. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni ödəmə kartını alıb və onun şifrindən istifadə edib. Elektron ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar", - deyə o əlavə edib.

Qeyd edək ki, 2011-2012-ci tədris ili üçün ali məktəblərdə 2087 vakant yer qalıb və bunların da 776-sı I, 660-ı II, 556-sı III, 92-si isə IV qrup üzrədir. Ali məktəblərin boş qalan plan yerlərinə əlavə yerləşdirmənin və orta ixtisas (tam orta təhsil) müəssisələrinə qəbulun nəticələri bu gün və ya sabah açıqlanması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə