Səhiyyə Nazirliyi Hacıqabul rayonunda baş verən partlayışla bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi Hacıqabul rayonunda baş verən partlayışla bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi Hacıqabul rayonunda baş verən partlayışla bağlı məlumat yayıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb. Məlumatda bildirilir ki, yaralılardan 7-si Kürdəmir rayon xəstəxanasına, 11-i Hacıqabul rayon xəstəxanasına, 1-i isə Şirvan şəhər xəstəxanasına göndərilib.

Kürdəmir rayon xəstəxanasına aparılan yaralılardan üçünün vəziyyəti ağır olduğuna görə, onlar Bakıya 5 saylı xəstəxananın yanıq mərkəzinə, Hacıqabul rayon xəstəxanasına aparılan yaralılardan biri və Şirvan şəhər xəstəxanasına aparılan yaralı isə vəziyyətləri ağır olduğu üçün Bakıya göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə