Azər Maqsudov: “Gündəlik olaraq 7-10 nəfər qida zəhərlənməsi ilə bağlı müraciət edir”-AÇIQLAMA
Bildiyimiz kimi, son gün insanlar arasında qida məhsullarından zəhərlənmə halları artıb. Yay aylarında daha tez-tez rast gəlinən qida zəhərlənməsi əsasən ishal, ürək bulanması, qusma və mədə ağrıları ilə özünü göstərir. Adətən qida zəhərlənməsi bir neçə günə düzəlir, lakin bəzi zəhərlənmə halları var ki, həddən artıq ciddi problemlərə yola aça bilər və bu zaman ciddi həkim nəzarətinə ehtiyac vardır.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov SİA-ya açıqlamasında bildirib ki, son zamanlar qidadan toksikoloji zəhərlənmələrin sayı artıb. Onun sözlərinə görə, gündəlik olaraq 7-10 nəfər qida zəhərlənmələri şöbəsinə müraciət edir. O bildirib ki, qida zəhərləmələri əsasən qarpız, yemiş və digər meyvələrlə bağlı olur.
Müraciət edənlərin vəziyyətinin çox ağır olmadığını deyən A.Maqsudov vurğulayıb ki, onlar müraciət etdikdən sonra qısa zamanda tibbi yardım göstərilib sonra evə göndərilir. Onun sözlərinə görə, ötən dövrün müvafiq dövrü ilə müqayisədə artım müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB