Müsabiqədə iştirak etmək üçün 15571 abituriyent sənəd verib

Müsabiqədə iştirak etmək üçün 15571 abituriyent sənəd verib

Bu gün gecə saat 24:00-da ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və orta ixtisas (tam orta təhsil) müəssisələrinə ixtisas seçimi başa çatacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, bu saatadək 15571 abituriyent sənəd verib. Onun sözlərinə görə, ixtisas seçimi edən abituriyentlərin 14430-u Azərbaycan, 1141-i isə rus bölməsinin məzunlarıdır. E.Nağızadə bildirib ki, 15571 abituriyentin 4315-i I, 4292-si II, 5381-i III, 1583-ü isə IV ixtisas qrupun ixtisaslarını seçiblər.

"İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələ­rinin təhsili dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 15-dək ixtisas kodu­nu seçir və "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni ödəmə kartını alır və onun şifrindən istifadə edir. Elektron ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar. 2011-2012-ci tədris ili üçün ali məktəblərdə 2087 vakant yer qalıb və bunların da 776-sı I, 660-ı II, 556-sı III, 92-si isə IV qrup üzrədir".

Qeyd edək ki, ali məktəblərin boş qalan plan yerlərinə əlavə yerləşdirmənin və orta ixtisas (tam orta təhsil) müəssisələrinə qəbulun nəticələri avqustun 10-da və ya 11-də açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə