Səhər siqaret çəkməyin zərəri

Səhər siqaret çəkməyin zərəri

ABŞ araşdırmaçıları səhər oyandıqdan sonra siqaret çəkən insanların xərçəng olma ehtimalının günün irəliləyən saatlarında siqaret çəkənlərə nisbətən yüzdə 79% daha çox olduğunu xəbərdar edib. SİA-nın xəbərinə görə, bir çox xəstəliklərin riskini artıran siqaretin səhər çəkilməsi daha çox təhlükə daşıyır.

Elm adamları tərəfindən aparılan, 4 min 760 ağciyər xərçəngi olan və 2 min 835 ağciyər xərçəngi olmayan, ümumilikdə 7 min 610 siqaret çəkən insanın qatıldığı araşdırmaya görə, səhər yuxudan oyandıqdan sonra ilk 30 dəqiqə ərzində siqaret çəkən insanların ağciyər xərçəngi olma riski, ən az bir saat sonra çəkənlərə nisbətən 79% çoxdur. "BBC"nin göstərdiyi və "Xərçəng" jurnalın tərəfindən nəşr olunan araşdırmada ilk siqaret çəkmənin gün ərzində çəkilən siqaret sayı kimi başqa faktorları da təsir etdiyinə diqqət çəkilir.

Bütün xəbərlər Facebook səhifəmizdə