Oqtay Şirəliyev leykozlu xəstələrin mövcud problemlərini həll edəcəkmi?
\"Leykemiya ilə mübarizə\" İctimai Birliyi leykozlu uşaqların bəzi mövcud problemlərinin həll edilməsi ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyevə məktub göndərib. Bu barədə SİA-ya birliyin sədri Mehriban Bağırova məlumat verib. O bildirib ki, məktub xəstə uşaqların müalicəsi üçün vacib lazınm olan avadanlıq və dərmanların çatışmazlığının həlli və məsələlərə aydınlıq gətirilməsi xahiş olunur.
Məktubda
deyilir: "Leykemiyalı xəstə uşaqların valideynləri adından leykemiya probleminə
yetirdiyiniz diqqətə görə, sizə böyük təşəkkürümüzü bildiririk və sizin
hematologiya və transfuziologiya institunda yerləşən uşaq hematoloji şöbəsinə
gəlişiniz və vəziyyətlə yaxından tanış olmağınız 100-lərlə bu bəlaya düçar
olmuş vətandaşlarımıza gələcəyə böyük bir ümid verib. Xatırlatmaq istəyirik ki,
leykemiyalı övladları olan vətandaşlarımız tərəfindən 2011-ci il tarixdə
verilən 15 fevral bəyannaməsində göstərilən bir neçə təklif sizin səyyinizlə öz
həllini tapmaqdadır.
Lakin müalicənin
keyfiyyətli və effektiv olması dəqiq diaqnostikadan asılı olduğu üçün aşağıda
qeyd edilən laborator avadanlıqlarının olması zəruridir:
1. Facs Canto BD və ya
Beckman Coulter FC-500
2. PCR diaqnostika
Bundan başqa, leykemiya
xəstəliyinin müalicə protokoluna əsasən vacib rolu olan ASPARQİNAZA dərman
preparatının nə xəstəxanada, nə də apteklərdə olmaması leykozlu uşaqların
remissiyaya çatdırırlması mümkün olmur və uşaqlar tələf olur.Bütün deyilənləri nəzərə alıb,
sizə bir daha minnətdarlığımızı bildiririk və lazımı olan avadanlıqların və
dərman preparatlarının alınmasına sərəncam verməyinizi sizdən xahiş edirik".
M.Bağırova nazirliyin bütün müraciətlərə bir ay ərzində cavab verildiyini deyib və problemlərin həlli üçün müsbət cavab alacaqlarına inandığını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB