Bu il orta məktəblərin I sinfinə neçə uşaq qəbul olunacaq?

Bu il orta məktəblərin I sinfinə neçə uşaq qəbul olunacaq?

Növbəti tədris ilində ölkənin ümumi təhsil məktəblərinin I sinfinə 124274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, ötən illərlə müqayisədə bu rəqəm 2010-2011-ci dərs ilində 120420 nəfər, 2009-2010-cu tədris ilində isə 118947 nəfər təşkil edib.

2011-2012-ci tədris ilində paytaxtın ümumi təhsil məktəblərinin I sinfinə 33 min 464 şagirdin qəbulu gözlənilir. Keçən tədris ilində bu rəqəm 32812 nəfər təşkil edib.

Təhsil nazirinin müvafiq əmri ilə təsdiq olunan "Qaydalar"a əsasən, ümumtəhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda 6 yaşı sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə tamam olmuş istedadlı uşaqlar məktəbdə yaradılan komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə