Sabahdan ali məktəblərin boş qalan yerlərinə əlavə yerləşdirmə üçün sənəd qəbulu başlayır

Sabahdan ali məktəblərin boş qalan yerlərinə əlavə yerləşdirmə üçün sənəd qəbulu başlayır
Xəbər verdiyimiz kimi, ötən gün respublikanın ali məktəblərinə qəbul olan abituriyentləri adları açıqlanıb. Hər il olduğu kimi bu il də ikinci mərhələ olaraq boş qalan yerlərə sənəd qəbulu aparılacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, sabahdan etibarən 2011/2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə əlavə yerləşdirmə üçün sənəd qəbulu başlayacaq. Bu prosesin avqustun 9-dək davam edəcəyini deyən E.Nağızadənin sözlərinə görə, vakant yerlərə əlavə yerləşdirmə elanı, müsabiqə şərtləri və boş qalan yerlərin sayı "Abituriyent" jurnalının 7-ci sayında açıqlanacaq.


Qeyd edək ki, cari ildə ayrılan 31419 plan yerinə 29332 abituriyent qəbul olub. Qəbul planı 93,36 % dolub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com