Səhiyyə Nazirliyinə daha çox hansı şikayətlər daxil olub?

Səhiyyə Nazirliyinə daha çox hansı şikayətlər daxil olub?

Cari ilin iyul ayı ərzində Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə (565-12-64;595-40-15; 595-35-39) 669 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, daxil olan müraciətlərin 362-si şikayət xarakterli, 170-i sorğu xarakterli, 41-i aidiyyəti üzrə deyil, 96-sı isə cari problemlərə bağlı olub.

"Qaynar xətt" xidmətinə daxil olan bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə