Azərbaycandakı bütün leykozlu uşaqlar tələf ola bilər-ŞOK

Azərbaycandakı bütün leykozlu uşaqlar tələf ola bilər-ŞOK

Azərbaycanda leykozlu uşaqların müalicəsi üçün hələ də laborator avadanlıq və dərmanların təchizatı ilə bağlı problemlər var. Bu barədə SİA-ya açıqlamasında "Leykemiya ilə mübarizə" İctimai Birliyinin rəhbəri Mehriban Bağırova məlumat verib. O bildirib ki, ən böyük təhlükə dərmanın çatışmazlığı ilə bağlıdır. Onun sözlərinə görə, hazırda ASPARQİNAZA adlı dərman heç bir apteklərdə yoxdur, xəstəxanalarda isə heç vaxt olmayıb: "Bu dərman olmasa, tapılmasa uşaqların hamısı tələf olacaq. Bu dərmansız xəstə uşaqları müalicə etmək mümkün deyil. Ona görə də valideynlər qalıblar nə etsinlər. Bu dərman yeni deyil və əvvəllər də pulsuz verilmirdi. Yalnız valideynlər tərəfindən apteklərdən od qiymətinə alınırdı".

Bununla bağlı məktub hazırladığını deyən M.Bağırova qeyd edib ki, o, bu gün Səhiyyə Nazirliyinə göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə