Mürsəl Həmidov: \"Yay mövsümündə stansiyaya günvurma diaqnozu ilə 131 müraciət daxil olub\"-AÇIQLAMA

Mürsəl Həmidov: \"Yay mövsümündə stansiyaya günvurma diaqnozu ilə 131 müraciət daxil olub\"-AÇIQLAMA

"Yay fəsli başlayandan bu günədək Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə 131 müraciət daxil olub. Müraciət edən 131 nəfərdən 48-i xəstəxanaya yerləşdirilib, qalanları isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb". Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov SİA-ya açıqlamasında deyib. O bildirib ki, havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq son günlər paytaxtda günvurma ilə bağlı stansiyaya müraciət edənlərin sayı artıb.

Onun sözlərinə görə, ötən gün stansiyaya günvurma ilə bağlı 12 nəfər müraciət edib. M.Həmidov qeyd edib ki, müraciət edən 12 nəfərdən 4-ü xəstəxanaya yerləşdirilib, qalanları isə tibbi yardım göstərildikdən sonra evə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə