Qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin 32561 nəfəri ixtisas seçimi etdi
Avqustun 2-si saat 24:00-da 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, iyulun 22-dən başlayan ixtisas seçimi internet vasitəsilə aparılıb. Onun sözlərinə görə, müəyyən olunan müddətdə ixtisas seçimi edərək ərizəsini təsdiqləyən abituriyentlərin sayı 32561 nəfər olub. O vurğulayıb ki, ixtisas seçimi edən abituriyentlərin 28312-si Azərbaycan, 4249-u isə rus bölməsinin məzunlarıdır: "İxtisas seçimi edən 32561 abituriyentin 9517-si I, 9453-ü II, 9364-ü III, 4227-si isə IV ixtisas qrupunun payına düşür. Azərbaycan bölməsi üzrə ixtisas seçimi edən 28312 abituriyentin 8324-ü I, 8224-ü II, 8002-si III, 3762-si IV qrupa, rus bölməsi üzrə ixtisas seçimi edən 4249 abituriyentin isə 1193-ü I, 1229-u II, 1362-si III, 465-i isə IV qrupa sənəd verənlərdir".
Qeyd edək ki, I ixtisas qrupu üzrə 9818, II qrupda 9645, III qrupda 9720, IV qrupda 4988 nəfər, ümumilikdə 34171 abituriyent müsabiqədə iştirak hüququ qazanıb. Beləliklə, onlardan 32561 nəfəri ixtisas seçimi ərizəsini təsdiq ediblər. Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinin avqustun 4-də elan olunması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB