Ali məktəblərə qəbul imtahanından keçən abituriyentlərdən 32001-i ixtisas seçimini edib
Azərbaycanda 2011-2012-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticəsinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi sabah başa çatır. SİA-nın məlumatına görə, artıq abituriyentlərdən 32001 nəfəri ixtisas seçimini edib. Həmin abituriyentlərdən 27 836 nəfəri Azərbaycan, 4165 nəfəri isə rus bölməsi üzrədir. I qrup üzrə 9418, II qrup üzrə 9260, III qrup üzrə 9238, IV qrup üzrə isə 4085 abituriyent ixtisasını seçib.
Qeyd edək ki, bu il keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, 32281 abituriyent müsabiqəyə buraxılıb. Onlardan 8981-i III, 9513-ü I, 4144-ü IV, 9643-ü isə II ixtisas qrup üzrə imtahanlarda iştirak edərək müsabiqədə iştirak hüququ qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB