APİ-nin pedaqoji fakültəsinin məzunları 40 ildən sonra bir araya gəliblər
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetin (APİ) pedaqoji fakültəsinin 1971-ci ildəki məzunları 40 ildən sonra bir araya gəliblər. SİA-nın məlumatına görə, neçə illik fasilədən sonra məzunlar universitet illərindəki xatirələrindən söz açıblar.
Görüşdə ilk olaraq çıxış edən APİ-nin pedaqoji fakültəsinin dekanı, elmlər doktoru Fərrux Rüstəmov bu görüşü yüksək qiymətləndirib: \"Bugünkü görüşün nəticəsində çoxdandır bir- birilərini görməyənlər sevinc hissi yaşayırlar. Neçə illik aradan sonra bir araya toplaşmağımız bizim üçün sevincverici bir hissdir\".
Görüşün davamında Zəbulla Quliyev qavalın müşayiəti ilə öz ifasını məzunlara hədiyyə edib.
Görüşdə APİ-nin pedaqoji fakültəsinin dekanı, elmlər doktoru Fərrux Rüstəmov, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Zəbulla Quliyev, Qəbələ rayon 4 saylı məktəb direktoru Fərman Əzizli, Azərbaycan Müəllimlər İnstitutunun pedaqoji kafedrasının müdiri, əməkdar müəllimi Rüfət Hüseynzadə və başqa məzunlar iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB