Siyəzəndə aksiya keçirilib

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Siyəzən Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, aksiya zamanı 107 nəfər könüllü olaraq qan verib.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə