Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul elan edilir

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul elan edilir

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul elan edilir

TQDK-dan SİA-ya verilən xəbərə görə, müsabiqədə cari ildə Azərbaycan və rus bölmələri üzrə I, II, III və IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 350 və daha yüksək bal toplamış Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) iştirak edə bilərlər.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbində Azərbaycan gənclərinin təhsil alması üçün keçirilən müsabiqədə iştirak etmək istəyən şəxslər iyulun 29-dan avqustun 1-dək TQDK-nın internet saytında (www.tqdk.gov.az) müvafiq səhifəyə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qəbul elanının tam mətni ilə də həmin səhifədə tanış olmaq olar.

II mərhələdə qəbul elanında qeyd olunmuş boy, çəki normalarına və digər şərtlərə uyğun gələn namizədlər arasında seçim aparılacaqdır.

Müsabiqənin yekunlarına əsasən 5 nəfər Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcəklər. Kursantlar təhsili bitirdikdən sonra əlavə olaraq həmin ölkədə 1 il təkmilləşdirmə kursuna cəlb olunacaqlar.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin olunacaqlar.

Qeyd edək ki, bu təhsil müəssisəsinə qəbul olmayanlar Azərbaycan Respublikasının mülki ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

Məlumat üçün bildirək ki, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinin əsası (Kara Harp Okulu) 1834-cü ildə İstanbul şəhərində qoyulub. XIX əsrin əvvəllərində elm və texnologiya sahəsində əldə olunmuş nailiyyətlər hərb sənətində də yeniliklərin tətbiq olunmasını tələb edirdi. Bunu nəzərə alan Osmanlı dövləti ordu quruculuğunda ciddi islahatlar aparmaq, o dövr üçün müasir biliklərə malik zabit hazırlığı aparmaq məqsədilə adı çəkilən tədris müəssisəsinin yaradılmasını qərara alıb. 1845 –ci ilədək hərbi məktəbdə əsasən piyada və süvari zabit hazırlığı aparılıb, 1908-ci ildən isə tədris proqramları genişləndirilərək müəssisə ali hərbi məktəbə çevrilib.

1936-cı ilin sentyabr ayından tədris müəssisəsi paytaxt Ankaraya köçürülüb. 2000-ci il mayın 11-də Türkiyə Böyük Millət Məclisində qəbul edilən "Hərbi Məktəblər Qanunu" ilə Quru Qoşunları Ali Hərbi Məktəbi universitet statusuna malik ali təhsil müəssisəsi kimi təsdiq olunmuşdur. Hazırda tədris müəssisəsində kursantlara əyani təhsil forması üzrə 4 il müddətində təhsil verilir. Tədris yalnız türk dilində aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə