TQDK-dan abituriyentlərə xoş müjdələr-YENİLİK

TQDK-dan abituriyentlərə xoş müjdələr-YENİLİK

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti ildən abituriyentlərə yeniliklər tətbiq edəcək. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, gələn il ali məktəblərə qəbul imtahanı verən abituriyentlərin hamısı hələ cavabları hesablanmamış, imtahandan çıxıb evə gədəndən sonra internetdə cavab kartlarına baxa biləcəklər. Onun sözlərinə görə, bununla da abituriyentlər imtahanda nə yazdıqlarını oradan baxıb öyrənə biləcəklər. Bununla bağlı komissiyanın "Elektron-Azərbaycan" layihəsinə müraciət etdiyini deyən M.Abbaszadə vurğulayıb ki, 100 min kartı belə işlətmək üçün 4 kamera və digər avadanlıqlar lazımdır. O, növbəti bir il ərzində büdcədən pul ayrılacağına və bu avadanlıqları ala biləcəklərinə inandıqlarını qeyd edib.

TQDK sədri vurğulayıb ki, komissiya müasir informasiya texnologiyalarının yaratdığı geniş imkanlar sayəsində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində daha bir yeniliyə imza atıb: "Artıq komissiyanın virtual ödəmə kartlarını sms-lə əldə etmək mümkün olacaq. Bunun üçün abituriyentlər və bakalavrlar Azercell nömrələrindən 2 rəqəmini və ya sözünü 7725 nömrəsinə sms-lə göndərməlidirlər. Cari ildə bu xidmətdən ilk olaraq ali təhsil müəssisələrinin bakalavriatura və magistratura səviyyələri üzrə boş qalan plan yerlərinin müsabiqəsində iştirak edən, eləcə də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə verən şəxslər istifadə edəcəklər. Onlara öz elektron ərizələrini təsdiqləmək üçün yalnız ödəmə kartlarının şifri lazım olduğundan, bu xidmətdən istifadə edənlərə virtual ödəmə kartının yalnız şifri təqdim olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə