Səhiyyə nazirinin müavini: “Xaricdəki tibbi təhsil ocaqlarında müəyyən ixtisaslara yiyələnmiş şəxslərin diplomları tanınmayacaq”
Xaricdəki tibbi təhsil ocaqlarında müəyyən ixtisaslara yiyələnmiş şəxslərin diplomları tanınmayacaq. SİA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Nazir müavini bunu Azərbaycanın özünün müstəqil və konseptual təhsil sisteminə üstünlük verməsi ilə əsaslandırıb: "Azərbaycan atıq yeni təhsil sisteminə keçib və cari ilin sentyabr ayında rezidenturaya imtahanlar keçiriləcək". Onun sözlərinə görə, rezidentura imtahanlarına həm Səhiyyə Nazirliyi, həm də Nazirlər Kabineti tam hazırdır.
Havaların kəskin isti keçməsi ilə bağlı qidadan zəhərlənmə riskinin artdığını deyən Elsevər Ağayev eyni zamanda qeyd edib ki, indi ölkədə qida zəhərlənməsinə görə ciddi ajiotaj yoxdur: "Bu gün ölkədə qida zəhərlənməsi daha çox gübrə ilə yetişdirilən qarpız və digər bostan məhsullarından qaynaqlanır. Lakin Səhiyyə Nazirliyi vəziyyətə nəzarət edir".
Nazir müavini həmçinin deyib ki, mümkün fəsadlardan yayınmaq üçün insanlar təlimatlandırılır, tibbi müəssisələrinə də bütün lazımı tapşırıqlar verilib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB