Magistratura və doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilə bilər

Magistratura və doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilə bilər

Milli Məclisin (MM) payız sessiyasında Azərbaycanda magistratura və doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilməsi barədə məsələ də müzakirəyə çıxarılacaq.

SİA-nın xəbərinə görə, bunu MM-in Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, payız sessiyasında \"Elm haqqında\" və \"Ali təhsil haqqında\" qanun layihələrinin müzakirə olunacağı gözlənilir: "Layihədə bununla bağlı da müddəalar yer alıb. Mənim fikrimcə, magistratura və doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilməlidir. Bilirik ki, hərbi xidmətə gedəndə onlar elm və təhsildən uzaqlaşırlar. Lakin bu o demək deyil ki, həmin yerlər bron olaraq saxlanmalıdır. Hər bir vətəndaş Vətən qarşısında öz borcunu yerinə yetirməlidir".

Dərbəndə fəaliyyət göstərən Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) filialının müasirləşmiş korpusunun bu ilin noyabrında istifadəyə veriləcəyini deyən rektor bildirib ki, universitet Azərbaycanın xaricdə fəaliyyət göstərən yeganə ali təhsil ocağıdır. Hazırda Dərbənd filialında iş gedir. Təhsil ocağı ən müasir avadanlıqla təmin olunur.

Ş.Hacıyevin sözlərinə görə, Dərbənd filialının rəsmi açılışı bu ilin noyabrında olacaq. Mərasimdə dövlət və hökmət nümayəndələrinin iştirakı gözlənilir

Bütün xəbərlər Facebook səhifəmizdə