Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunmaq üçün əlavə müsabiqə elan edilib

Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunmaq üçün əlavə müsabiqə elan edilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Dövlət Sərhəd Xidmətinin rəsmi müraciəti əsasında DSX-nin Akademiyasına qəbul olmaq istəyən abituriyentlər üçün əlavə müsabiqə elan edib.

TQDK-nın mətbuat xidmətindən SİA-ya verdiyi xəbərə görə, müsabiqə "Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi" (I qrup üzrə), "Uçuş mühəndisliyi" (I qrup üzrə), "Dövlət və bələdiyyə idarəetməsi" (II qrup üzrə) ixtisasları üzrə elan edilib.

Müsabiqədə 2011/2012-ci tədris ili üçün mülki ali təhsil müəssisələrinə I və II ixtisas qrupu üzrə qəbul imtahanlarında 200 və daha yüksək bal toplamış (riyaziyyat fənni üzrə nisbi balı 10-dan az olmayan) oğlan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər 2011-ci il iyulun 28-dən avqustun 5-dək Dövlət Sərhəd Xidmətində yaradılmış Sənəd Qəbulu Komissiyasına müraciət etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə