İsti hava beyin qanaxması təhlükəsi yaradır

İsti hava beyin qanaxması təhlükəsi yaradır

Qızmar günəşin təsirini getdikcə daha çox hiss etdiyimiz bu günlərdə insan sağlamlığı ilə bağlı bəzi problemlər yaranır. SİA-nın məlumatına görə, mütəxəssislərin araşdırmalarına əsasən ölümlə nəticələnən ilk üç xəstəlikdən biri olan beyində qanamalar çox vaxt heç bir simptom göstərmədən inkişaf edib xəstədə ciddi fəsadlar yaradır.

Çox vaxt alınan travmalar və qəzalar nəticəsində meydana çıxan beyin qanaxmasına yüksək təzyiq və ürəklə bağlı xəstəliklər də yol aça bilər.

Yay aylarında meydana gələn tərləmə və su itgisi mühitdəki artan nəmişliklə birləşdikdə orqanizmdə ifraz olunan bəzi hormonlar təzyiqin ani şəkildə düşməsinə və qalxmasına səbəb olur.

Təzyiqdəki bu qeyri-sabitlik su itgisi ilə birgə qanın axıcılığını azaldaraq damar tutulmaları yaradır. Əgər belə bir vəziyyət beyində yaranarsa beyin qanaxması, damar tutulmaları nəticəsində iflic ola və ya ürək damarlarının tutulması baş verə bilər.

Unutmayın ki, beyin qanaxmalarına səbəb olan yüksək təzyiq və damar sərtliyi xəstəliyi anidən ortaya çıxmaz. Ətraf-mühit faktorlarını azaltmaq da beyin qanaması təhlükəsindən qorunmağa kömək edir. Səbəbi nə olursa-olsun, bütün beyin qanamaları zamanı ilk 12-24 saat ərzində göstərilən müdaxilələr uğurlu nəticə əldə etmək şansını yüksəldir.

Beyin qanamalarına qarşı aşağıdakı tədbirləri görmək məsləhət görülür.

• Artıq çəkidən azad olun

• Davamlı şəkildə idmanla məşğul olun

• Stresdən uzaq durmağa çalışın

• Pis vərdişlərinizdən (siqaret çəkmək, içki içmək) əl çəkin

• 11.00-16.00 saatlarında günəş şüasının təsirindən qorunun

• Çoxlu miqdarda su qəbul edin və sulu meyvələr yeyin

Bütün xəbərlər Facebook səhifəmizdə