9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı avqustun 28-də keçiriləcək

9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı avqustun 28-də keçiriləcək

Cari tədris ili üçün Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı avqustun 28-də keçiriləcək. Bu barədə SİA-ya məlumat verən Tələbə Qəbulu üzrə Qəbul Komissiyasının mətbuat katibi Elnur Nağızadə bildirib ki, bu imtahanlarda iştirak etmək üçün abituriyentlərin sənəd qəbulu iyunun 28-də başlayıb və bu proses avqustun 10-dək davam edəcək.

Onun sözlərinə görə, bu günə kimi 9 illik təhsil bazası üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün 21165 abituriyent sənəd verib: "Lakin onlardan 17849-u öz ərizəsini təsdiqləyib. Onlardan 16977-si Azərbaycan, 872-si isə rus bölməsinin məzunlarıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə