Magistraturaya keçirilən qəbul imtahanları ilə bağlı müraciətlərə baxılması üçün Apelyasiya komissiyası işə başlayıb

Magistraturaya keçirilən qəbul imtahanları ilə bağlı müraciətlərə baxılması üçün Apelyasiya komissiyası işə başlayıb

Ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbul imtahanları ilə bağlı müraciətlərə baxılması üçün Apelyasiya komissiyası işə başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissisyasından SİA-ya verilən xəbərə görə, vətəndaşların ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbulla bağlı müraciətləri Apelyasiya komissiyası tərəfindən iyulun 26-dan 28-dək araşdırılacaq.


Araşdırmalar zamanı ərizə forması və cavab kartının doldurulmasında texnoloji səhvlərə yol verilməsi, imtahan qaydalarının bakalavr tərəfindən pozulması, bir ali məktəbdən başqasına köçürülməsi, təhsil formasının və ya ixtisasın dəyişdirilməsi və təhsil haqqının ödənilməsi ilə bağlı müraciətlərə baxılmır. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır. Əhalinin heç bir sosial təbəqəsinə güzəşt nəzərdə tutulmur.


Bakalavr Apelyasiya komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya komissiyasının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com