İxtisas seçənlər arasında III ixtisas qrupunun abituriyentləri daha çox üstünlük təşkil edir

İxtisas seçənlər arasında III ixtisas qrupunun abituriyentləri daha çox üstünlük təşkil edir

Xəbər verdiyimiz kimi, iyulun 22-dən etibarən ali məktəblərə qəbul imtahanlarından uğurla keçərək müsabiqəyə vəsiqə qazanan abituriyentlər ixtisas seçimi edirlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, bu gün saat 15.00-dək müsabiqəyə buraxılan 6900 abituriyent öz ixtisas seçimini edib. O vurğulayıb ki, ixtisas seçən abituriyentlər arasında III ixtisas qrupunun abituriyentləri daha çox üstünlük təşkil edir. Onun sözlərinə görə, ixtisas seçimi edənabituriyentlərin 5953-ü Azərbaycan, 947 nəfəri isə rus bölməsinin abituriyentləridir: "Cari il ali və orta ixtisas məktəblərində keçirilən qəbul imtahanları nəticəsində 32281 abituriyent müsabiqəyə buraxılıb ki, bunlardan da 8981-i III, 9513-ü I, 4144-ü IV, 9643-ü isə II ixtisas qrupunun payına düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə