II ixtisas qrupu üzrə 9643 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb

II ixtisas qrupu üzrə 9643 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb

2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb. TQDK-dan SİA-ya verilən xəbərə görə, II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd verən abituriyentlərdən 620 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 62 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə, imtahandan xaric olunub və nəticələri ləğv edilib. Test imtahanının nəticəsinə əsasən 9643 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb.

II ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub.

II qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən və hər hansı bir imtahan fənni istisna olmaqla digər fənlərdən ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 400-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər avqustun 2-dək \"Abituriyentin elektron ərizəsi\"ndə ixtisasları seçib təsdiq etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə