Səhiyyə Nazirliyinin növbəti sertifikasiya imtahanlarında 96% mütəxəssis uğurlu nəticələr əldə edib
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb.
Nazirlikdən SİA-ya verilən xəbərə görə, 20.07.2011-ci il tarixində kardiologiya, revmatologiya və nevropatologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 126 həkim iştirak edib. İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 121 (96%) nəfər uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları ixtisasları üzrə 27.07.2011-ci il tarixində mamalıq-ginekologiya ixtisası üzrə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB