Bu gündən etibarən respublikada ali məktəblərə ixtisas seçimi başlayır

Bu gündən etibarən respublikada ali məktəblərə ixtisas seçimi başlayır

Bu gündən etibarən respublikada ali məktəblərə ixtisas seçimi başlayır. SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sdəri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, ixtisas seçimi ilk öncə iyulun 24-də başlamalı idi, lakin sonradan internetdə problemin yaranmaması və bakalavrların öz ixtisaslarını rahat seçmələri üçün bu tarix dəyişdirilib. M.Abbaszadə qeyd edib ki, ixtisas seçimi elan olunduğu vaxtdan 2 gün öncə - iyulun 22-də saat 14:00-dan etibarən başlanacaq və internet vasitəsilə avqustun 2-si saat 11:00-dək aparılacaq. Onun sözlərinə görə, II ixtisas qrupu üzrə imtahan verən abituriyentlər həmin qrup üzrə imtahanın nəticələri elan olunduqdan sonra – iyulun 24-dən etibarən ixtisas seçimi edə biləcəklər. Komissiya sədri qeyd edib ki, IV ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisaslarını seçmiş abituriyentlər qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra - iyulun 28-dən etibarən ixtisas seçimi etmək şansı əldə edəcəklər.

M.Abbaszadə imtahnalardan sonra fəaliyyət göstərəcək apelyasiyalar barədə də məlumat verib: "Açıq apelyasiya ilə bağlı müraciət edən abituriyentlərin qeydiyyatı iyulun 26-da və 27-də TQDK-da aparılacaq. Həmin abituriyentlərin cavab kartlarının qrafik təsvirləri iyulun 27-də saat 14:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilməyə başlanacaq. Kartın qrafik təsvirinə baxmaq üçün abituriyentlər test imtahanının nəticələri bölməsində öz səhifələrinə daxil olmalıdırlar. Bundan sonra onların hər hansı sualı qalarsa onlar iyulun 28-də TQDK-da keçiriləcək açıq apelyasiyada əyani olaraq iştirak edə bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə