Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirir. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, imtahan respublikanın 4 şəhərində - Bakıda 35, Naxçıvanda 2, Gəncədə 6, Şəkidə 4 binada aparılır. Onun sözlərinə görə, orta ümumtəhsil müəssisələrindən 1970 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 193 imtahan rəhbəri cəlb olunub.
\"2011-ci ildə II qrup üzrə 26397 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 23524 nəfəri Azərbaycan bölməsinin, 2873 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 17109 nəfərini oğlanlar, 9288 nəfərini isə qızlar təşkil edir. 16651 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 8882 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 119 abituriyent xarici ölkələrin vətəndaşıdır. 98 abituriyent ali təhsillidir və II ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 766 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1958 -ci ildən, ən gənc isə 1996-cı ildəndir. Bakı şəhərində 20138 abituriyent, Naxçıvanda 1062 abituriyent, Gəncədə 3464, Şəkidə isə 1728 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat ərzində aparılır\", - deyə o əlavə edib.
M.Abbaszadə vurğulayıb ki, imtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən II ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq: \"İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək. II ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. imtahan nəticələrinin iyulun 24-də açıqlanması nəzərdə tutulur\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB