Avqustun əvvəllərində magistraturada boş qalan vakant yerlərlə qəbul elan ediləcək

Xəbər verdiyimiz kimi, iyulun 18-də ali məktəblərin magistratura pilləsinə qəbul olan bakalavrların daxil olduqları ali məktəblərdə qeydiyyatdan keçmələri üçün vaxt başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, magistraturaya qəbul olan bakalavrlar müəyyən olunan müddətdə daxil olduqları ali məktəbdə qeydiyyatdan keçməlidirlər. O bildirib ki, magistratura pilləsinə daxil olan 4396 nəfərdən 3935-i, yəni 89,51 faizi daxil olduqları ali məktəblərdə qeydiyyatdan keçib. Onun sözlərinə görə, 461 nəfər isə bu prosesi yerinə yetirməyib və ali məktəblərin magistraturasına qəbul olunanların siyahısından çıxarılıb.

E.Nağızadə qeyd edib ki, həmin şəxslərin yeri boş qalmış hesab edilir və avqustun əvvəllərində magistraturaya vakant yerlərlə bərabər həmin yerlərə qəbul elan ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə