Xüsusi təyinatlı təhsil müəssisələrinin müvafiq ixtisaslarına qəbulun nəticələri məlum olub

Xüsusi təyinatlı təhsil müəssisələrinin müvafiq ixtisaslarına qəbulun nəticələri məlum olub

İyulun 16-da keçirilmiş qəbul imtahanlarının nəticələri əsasında Azərbaycan Respublikasının xüsusi təyinatlı təhsil müəssisələrinin müvafiq ixtisaslarına qəbulun nəticələri məlum olub.

TQDK-dan SİA-ya verilən xəbərə görə, 2011/2012-ci tədris ili üçün hərbi liseylərə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən C.Naxçıvanski adına Hərbi liseyə (Bakı ş.) keçid balı 200, H.Əliyev adına Hərbi liseyə (Naxçıvan şəhəri) isə 150 bal olub.

Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) keçid balı 87.5 olub.

IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticəsinə əsasən Azərbaycan Tibb Universitetinin "Hərbi həkim işi" ixtisasına keçid balı 380 (bütün imtahan fənləri üzrə nisbi bal məhdudiyyəti saxlanmaqla) olub.

Adları qeyd olunan təhsil müəssisələrinə sənəd vermiş və müsabiqədən keçmiş tələbələr müvafiq təhsil müəssisəsinə müraciət edərək qeydiyyatdan keçməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə