Millət vəkili: “10-15 il bundan öncə qəbul edilən bəzi qanunlar bugünki müasir şəraitlə, yeniliklərlə uyğun gəlmir” - MÖVQE
Milli Məclisin payız sessiyasında iki maddəni çıxmaqla "Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında" qanun layihəsinin müzakirələrdən sonra qəbul olunması nəzərdə tutulur. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı məlumat verib. O bildirib ki, həmin qanunda deputatların əsas çoxluğunun haqlı etirazlarına səbəb olan maddələr vardı, mən özüm də onların fikirləri ilə razı idim. Onun sözlərinə görə, bunlar Azərbaycanın milli-mənəvi dəyərlərinə zidd maddələrdir və hər zaman bunların ətrafında müəyyən problemlər yaranır: "Söhbət "Surroqat ana" və sperma bankından gedirdi. Bu məsələlər nə Azərbaycan mentalitetinə uyğun gəlir, nə də elmi əsasları bu günə kimi birmənalı qarşılanır. Buna görə də həmin maddələr qanundan çıxarılıbdır".
M.İbrahimqızı qeyd edib ki, Azərbaycanda bir ailədə qadının ölməsi daha faicəvidir, nəinki atanın ölümü. Millət vəkilinin sözlərinə görə, bu qanunun da fəlsəfəsi belədir, amma fəlsəfəsi o demək deyil, ki, təbiətin, Allahın qoyduğu tələblərə müdaxilə edilsin.
M.İbrahimqızı həmçinin vurğulayıb ki, yeni qanunlarla yanaşı, keçmiş illərdə mövcud olan bəzi qanun layihələrinin yenilənməsinə ehtiyac var. Onun sözlərinə görə, 10-15 il bundan öncə qəbul edilən bəzi qanunlar bugünki müasir şəraitlə, yeniliklərlə uyğun gəlmir: "Buna görə də həmin qanun layihələrinə əlavə və dəyişiklərinin edilməsinə ehtiyac var. Bütün bunları nzəərə alaraq, Milli Məclisin payız sessiyasında bir sıra qanunlara əlavə və dəyişiklərin edilməsi müzakirə ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB