Günvurma faktı ilə müraciət edən 43 nəfərdən 14-ü xəstəxanaya yerləşdirilib
Yay fəsli başlayandan Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma faktı ilə bağlı 43 nəfər müraciət edib. Bu barədə SİA-ya stansiyasının baş həkimi Mürsəl Həmidov məlumat verib. O bildirib ki, günvurma hadisələrinin 39-u açıq havada, 4-ü isə çimərliklərdə qeydə alınıb. Onun sözlərinə görə, günvurma ilə bağlı indiyədək müraciət edənlərin 14-ü xəstəxanaya yerləşdirilib, qalanları isə ilkin tibbi yardımdan sonra evə buraxılıb. M.Həmidov vurğulayıb ki, onların böyük əksəriyyətini gənclər təşkil edir.
Baş həkim həmçinin əlavə edib ki, son 2-istirahət günlərində stansiyaya günvurma faktı ilə ilə bağlı 5 nəfər müraciət edib: "Onlardan 2-si xəstəxanaya yerləşdirilib, 3-ü isə tibbi yardım göstərildikdən sonra evə göndərilib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası olaraq bir daha əhalinin diqqətinə çatdırırq ki, istilərin yüksək olduğu saat 11:00-dən 17:00-dək açıq havada olmasınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB