98 alkoqolsuz içki, 58 dondurma nümunəsi üzərində müayinə aparılıb

98 alkoqolsuz içki, 58 dondurma nümunəsi üzərində müayinə aparılıb

"Yay aylarında dondurma və su məhsullarına başqa fəsillərə nisbətən çox artır. Ona görə də bu aylarda insanların dordurma və su məhsullarına tələbatını nəzərə alaraq onların gigiyenik qaydalarına riayət edilməsi də çox vacibdir". Bu barədə SİA-ya açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. O bildirib ki, mərkəzin laboratoriyalarında 98 alkoqolsuz içkilərin nümunəsi, 58 dondurma nümunəsi götürülərək üzərində müayinə aparılıb. Hələ ki, normadan kənara çıxma hallarının aşkar olunmadığını deyən İ.Abdullayevin sözlərinə görə, bütün bunlar o demək deyil ki, hər bir şey qaydasındadır.

"Biz yeni müəssisələrdə istehsal olunan məhsulların hamısını müayinədən keçiririk. Həm də bazarlarda, mağazalarda onların saxlanma rejimi, daşınması və digər gigiyenik qaydalara riayət olunması məsələsi aydınlaşdırılır. Hələlik bu məhsullarda aparılan yoxlamalar zamanı normadan kənara çıxma halları aşkar olunmayıb", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə