“Tibb təhsili alacaq oğlanlara hərbi xidmətdən möhlət hüququ verilib”-AÇIQLAMA

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Azərbaycan Tibb Universiteti rezidenturaya qəbul olacaq oğlanların hərbi xidmətdə möhlət verilməsi üçün Müdafiə Nazirliyinə müraciət edib. Bu müraciətin nəticəsində 2011/2012-ci tədris ili üçün Azərbaycanda rezidenturaya qəbul olmaq istəyən ali məktəblərin builki oğlan məzunlarına hərbi xidmətdən bir çağırış möhlət hüququ verilib". Bu barədə SİA-ya ATU-nun tədris hissə müdiri Nəsimi Qasımov məlumat verib. Rezidenturaya qəbul imtahanının sentyabrın üçüncü ongünlüyündə keçirilməsinin nəzərdə tutulduğunu deyən N.Qasımov bildirib ki, Müdafiə Nazirliyi tərəfindən oğlanlara hərbi çağırış möhlətinin verilməsi ilə onların qəbul imtahanlarında iştirakına şərait yaradılıb. Onun sözlərinə görə, rezidenturaya qəbul olmayanlar hərbi xidmətə gedəcəklər, daxil olanların hərbi xidmət məsələsi isə qanuna müvafiq formada həll ediləcək.

O vurğulayıb ki, bu il universiteti bitirən məzunlara diplomların verilməsi başlanılıb və hazırda davam edir. N.Qasımov qeyd edib ki, rezidentura ilə əlaqədar diplomların verilməsi üçün heç bir məhdudiyyət qoyulmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...