Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinin magistraturasına daxil olan bakalavrlar iyulun 15-i saat 17:00-dək daxil olduqları ali məktəblərdə qeydiyyatdan keçməlidirlər. Bu günə kimi magistraturaya qəbul olan 4396 bakalavardan yalnız 3344 nəfəri daxil olduğunu təsdiqləyib. Bu barədə SİA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə məlumat verib. O bildirib ki, ali məktəblərin magistraturalarına qəbul olan 1052 nəfəri hələ də daxil olduqları ali məktəbdə qeydiyyatdan keçməyib. Onun sözlərinə görə, bakalavrın müəyyən olunan müddətdə daxil olduqları ali məktəblərdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından xaric ediləcək: "TQDK bir daha həmin bakalavrlara bildirir ki, onlar müəyyən olunan müddətdə qəbul olduqdaları ali məktəblərdə qeydiyyatdan keçsinlər. Əks halda həmin bakalavrların yeri vakant elan olunacaq və magistraturaya boş qalan yerlərlə birlikdə həmin yerlərə qəbul elan ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB