Gəncədə vərəm xəstələrinin sayı artıb

Gəncədə vərəm xəstələrinin sayı artıb

Gəncə şəhərində vərəmə yoluxan xəstələrin sayında artım müşahidə olunub. Ötən ilin müvafiq zaman kəsiyi ilə müqayisədə 96 nəfərdən 133 nəfərə qalxıb. Gəncə şəhər Rayonlararası Ağ ciyər Xəstəlikləri Dispanserinin baş şəkimi Əli Hüseynovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, xəstələrin sayının artması apteklərdə birinci sinif vərəm əleyhinə dərmanların yığışdırılması ilə əlaqədardır.

Başqa sözlə desək gizli şəkildə vərəmə tutulan şəxslər artıq məcburi dispanserə müraciət etməklə müalicə olunur. Hazırda qərb bölgəsində vərəm xəstəliyindən əsasən 20-50 yaş arası vətəndaşlar əziyyət çəkir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə