Doğuşayardım xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə tədbirlər görülür

Doğuşayardım xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə tədbirlər görülür

Doğuşayardım xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə klinik protokolların tətbiqinə nəzarətlə bağlı tədbirlər davam etdirilir.

Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbər görə, "Ağır preeklampsiya və eklampsiyanın reanimasiyası üzrə klinik protokolun tətbiqinin vəziyyəti" üzrə ətraf bölgələrin mama-ginekoloq və anestezioloq-reanimatoloqlarının iştirakı ilə regional perinatal mərkəzlərdə müşavirələr keçirilir.

Belə tədbirlərdən biri 8 iyul 2011-ci il tarixdə Respublika Perinatal Mərkəzində təşkil olunub. Tədbirdə mərkəzin və Bakı şəhəri 2 saylı şəhər Klinik Xəstəxanasının mama-ginekoloqları və anestezioloq-reanimatoloqları iştirak edib.

Analoji tədbirlərin Bakı Baş Səhiyyə İdarəsinin doğum evlərində davam etdirilməsi planlaşdırılır.

3 - 7 iyul 2011-ci il tarixlərdə isə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda "İİV-in anadan uşağa ötürülməsinin profilaktikası üzrə klinik protokol"la bağlı Respublika və regional perinatal mərkəzlərin işçiləri üçün təlimlər keçirilib. Təlimlərdə ilk 2 gün ərzində mərkəz direktorları və müvafiq rayon mərkəzi xəstəxanalarının baş həkimləri, sonrakı 3 gün ərzində isə mərkəzlərin mama-ginekoloq və neonatoloqları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə