Doktoranturaya qəbul imtahanları ilə bağlı elan avqustun 15-dən 20-dək açıqlanacaq
Cari il doktoranturaya qəbul imtahanları ilə bağlı elan avqustun 15-dən 20-dək açıqlanacaq. Bu barədə SİA-ya Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Arif Həşimov məlumat verib. O bildirib ki, qəbul qaydalarına uyğun olaraq elan ilk öncə mətbuatda çap ediləcək, sənəd qəbulu 1 ay müddətində davam edəcək.
AMEA-nın vitse-prezidentinin sözlərinə görə, plan yerlərində dəyişiklik yoxdur. Lakin müəssisə daxilində hansısa ixtisaslar üzrə plan yerləri boş qalarsa, plan yerləri qalmaq şərti ilə başqa ixtisaslar üzrə ixtisas dəyişməyə icazə veriləcək.
Digər məsələyə də aydınlıq gətirən A.Həşimov qeyd edib ki, akademiya tərəfindən Xəzər Elmi Mərkəzinin yaradılması haqqında təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Onun sözlərinə görə, mərkəzin yaradılmasına yalnız AMEA deyil, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər dövlət qurumları da cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB