Millət vəkili: “Azərbaycan Tibb Universitetində Ailə həkimi kafedrası yaradılıb”
Milli Məclisin payız sessiyasında Ailə Həkimi haqqında qanun layihəsinin qəbul ediləcəyi nəzərdə tutulur. Bu barədə Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Məlahət İbrahimqızı məlumat verib. O bildirib ki, Sosial Siyasət Komitəsində uzun illərdir müzakirə olunan "Ailə həkimi haqqında" qanun lahiyəsi üzərində iş gedir. Onun sözlərinə görə, ailə həkimlərinin fəaliyyət göstərməsi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında (2011-2015-ci illər) nəzərdə tutulub. Onun sözlərinə görə, bir çox Avropa ölkələrində də bu sistem tətbiq olunur və ailə həkimləri təcrübəsi özünü doğruldub. O qeyd edib ki, dünya ölkələrinin səhiyyə sistemində geniş tətbiq olunan hər ailəyə məxsus "Ailə həkimi" təcrübəsi gündəmdə olsa da Azərbaycanda təşəkkül tapmayıb.
"Azərbaycanda ailə həkimi modeli sovet səhiyyə sistemindən uzaqlaşından sonra kənd və dağ rayonlarında, ucqar yerlərdə əhalinin müəyyən qrupunun tibbi xidmətdən kənarda qalması aradan qaldıracaq. Qanunun qəbulundan sonra ailə həkimlərinə sertifikat və lisenziyalar veriləcək ki, bu da həmin həkimlərin fəaliyyətinin daha da genişlənməsinə səbəb olacaq. Qəbul ediləcək qanunun müzakirəsindən sonra onun icra olunması nəzərdə tutulur. Təbii ki, qanun layihəsi qəbul olunduqdan sonra onun işlənməsi daha vacib şərtlərdən biridir. Artıq \"Ailə həkimi\" qanun layihəsinin gələcəkdə tətbiqi ilə bağlı Səhiyyə Nazirliyi ilə Bеynəlхаlq Bankın dəstəyi ilə müəyyən işlər görülür. Azərbaycan Tibb Univeristetində Ailə həkimi kafedrası yaradılıb. Bundan əlavə, Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti ilə birlikdə respublikanın 5 regionunda-Abşeron, İsmayıllı, Ağdaş, Qax, Şəkidə pilot layihələr həyata keçirilir. Bir sözlə, bu qanun layihəsinin gələcəkdə tətbiqi istiqamətində hər hansı bir problemlərin yaranmaması üçün mühüm tədbirlər görülür", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB