Rektor: “Ali məktəblərə qəbulun nəticələrində narahatçılıq yoxdur”

Rektor: “Ali məktəblərə qəbulun nəticələrində narahatçılıq yoxdur”

İlbəil dinamik baxımından ali məktəblərə sənəd verən və daxil olan tələbələrin səviyyəsi daha da yüksəlir. Bunun SİA-ya Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov qəbul imtahanlarının nəticələrinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, uzun illərin təcrübısi onu göstərir ki, tələbə adını qazanmaq istəyən abituriyentlər imtahanlara daha yaxşı hazırlaşırlar. Bu III və I ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrində narahatçılığın olmadığını deyən A.Məhərrəmov bildirib ki, nəticələrlə bağlı statistik məlumatlarla ətraflı şəkildə tanış olub.

"Qəbul planına uyğun olaraq, müvafiq balı toplayan tələbələr qalıb və ya onların sayı plandan bir az artıqdır. Yəni, yerləşdirmə 100-ə 100 olacaq. Əlbəttə, biz istərdik ki, bu göstərici daha yüksək olsun. Görünür hər ilin bir keçid xüsusiyyətləri var. Sonda qalib gələn ən güclü abituriyentlər olacaq, yəni onların arasında ən layiqliləri və savadlıları ali məktəblərə daxil olacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə