Abel Məhərrəmov:“Əminəm ki, xalqımız digər sahələrdə olduğu kimi, elm, təhsil sahəsində də özünü dünya miqyasında təsdiqləyəcək”-AÇIQLAMA
"Prezident İlham Əliyev ölkə ziyalıları qarşısında belə bir məsələ qoyub ki, Azərbaycanın iqtisadi potensialı intellekt kapitalına çevirilsin. Yəni, iqtisadiyyatımızdan əldə edilən maliyyə vəsaitlərinin əsas yönümü elm, təhsil və gənclərin inkişafına sərf olunmalıdır. Bu baxımdan ötən gün prezident İlham Əliyevin 2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiyanın hazırlanması haqqında imzaladığı sərəncamı yüksək qiymətləndirirəm". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin elm və təhsil komitəsinin üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. O bildirib ki, prezidentin seçdiyi bu yol Azərbaycan musiqi, incəsənət, mədəniyyətini Avropa müstəvisində təsdiqlədiyi kimi, elmə, təhsilə verilən bu qiymət, dəyər və Milli Strategiyanın hazırlanması yaxın vaxtlarda türk dünyası, xüsusilə Azərbaycanda Nobel mükafatı alan alimlərin olmasına təkan verəcək. Onun sözlərinə görə, bu milli strategiya bizi o yola aparır: "Yəni, mədəniyyət, incəsənət, iqtisadiyyat sahəsində əldə etdiyimzi uğurlarlarla elm və təhsil müstəvisində də özümüzü təsdiqləyək. Mən əminəm ki, bu siyasəti də dünya səviyyəsində öz təsdiqini tapacaq. Bəlkə də dövlətçilik strategiyasının içərisində ən önəmli yer tutuan Təhsil üzrə Milli Strategiyaya çox böyük dəstək verirəm".
A.Məhərrəmov qeyd edib ki, təhsillə elm arasında çox sıx əlaqə var. Onun fikrincə, elmin elə yeni istiqamətləri var ki, təhsili ona uyğunlaşdırmaq lazımdır: \"Əgər XX əsrin hansı əsr olduğunu bizdən soruşduqda müharibələr, atom, kimya əsri cavabını verirdik. Amma sonda məlum oldu ki, XX əsr informatika əsridir. XXI əsr isə elm və təhsil əsrdir. Yəni, elmlə təhsilin vəhdəti və elmi innovasiyalar üzrə təhsilin formalaşdırılmasıdır. Bakı Dövlət Universiteti olaraq bir neçə ildən sonra 100 illiyimizi qeyd etməyə hazırlaşırıq və bu müddətdə Milli Strategiya proqramından bəhrələnə biləcəyik. Yataqxanaların tikilməsi istiqamətində də prezident İlham Əliyev müəyyən addımlar atıb. Yataqxanasız universitet ola bilməz. 100 illik yubileyimizdə yataqxanamızın olmaması düzgün olmazdı. Ona görə də elmi innovasiyalar istiqamətində yeni avadanlıqların alınması, laboratoriyaların yaradılması istiqamətində işlər görülür. Amma təbii ki, ilk addımda elə ciddi nəticələr görülmür, amma sonda bunlar çox uğurla nəticələnəcək. Mən əminəm ki, xalqımız digər sahələrdə olduğu kimi, elm, təhsil sahəsində də özünü dünya miqyasında təsdiqləyəcək. Prezident tərəfindən aparılan bu cür strateji addımlar o intellekti üzə çıxardacaq və biz özümüzü təsdiqləyəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB