Azərbaycan Tələbələr Birliyi Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Tələbə hüquqlarının Azərbaycanda təbliği" layihəsi çərçivəsində Tələbə Hüquqları Nizamnaməsinin ana dilimizə tərcüməsini elektron kitabça şəklində hazırlayıb.
Birlikdən SİA-ya verilən xəbərə görə, kitabçanın hazırlanmasında əsas məqsəd tələbə hüquqlarının tanınmasında və qorunmasında təbliğat işini daha yaxşı qura bilməkdir. Kitabçada Azərbaycan Tələbələr Birliyinin tam hüquqlu üzv olduğu Avropa Tələbələr Birliyinin üzvləri tərəfindən hazırlanan Tələbə Hüquqları Nizamnaməsinin Azərbaycan dilinə tərcüməsi yer alıb. Nizamnamə ali təhsil almaq, tələbə iştirakı, təhsilin sosial aspektləri, təhsilin elmi aspektləri, informasiya və biliyin əldə edilməsi və məxfiliyi hüquqları adı altında 5 bölmədən, 35 maddədən ibarətdir.
Kitabçanın əvvəlində ATB sədri Elvin Aslanovun tələbələrə müraciəti yerləşdirilib. Müraciətdə Elvin Aslanov Tələbə Hüquqları Nizamnaməsinin yeni nəşrlərinin hazırlanmasında müxtəlif tələbə qrupları və təşkilatlarının aktiv iştirakını görə biləcəklərinə ümid etdiyini bildirib.
Azərbaycan Tələbələr Birliyi bu kitabçanı hazırlamaqla hüquq təşkilatlarımızın, təhsil müəssisələrinin rəhbərlərinin, Milli Məclis üzvlərinin, digər maraqlı təşkilatlar və şəxslərin qarşısında tələbə hüquqları ilə bağlı məsələni daha ciddi şəkildə qaldırmaq niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB