TQDK “Xəzər” TV-nin efirində yayımlanan “Abituriyent” verilişinə görə cavabdeh deyil
Artıq ikinci həftədir ki, ölkədə fəaliyyət göstərən "Xəzər" televiziyasında qəbul imtahanlarından sonra "Abituriyent" adlı xüsusi veriliş hazırlanır. Bu verilişdə bir neçə təhsil kursunun repetitor müəllimləri imtahanlarda istifadə olunan sualların həlli yollarını başa salır, düzgün cavabları bildirir və tamaşaçıları maraqlandıran suallara cavab verirlər. Məsələyə aydınlıq gətirmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Elnur Nağızadə SİA-ya açıqlamasında bildirib ki, komissiya tərəfindən imtahanlarda istifadə olunan test suallarının düzgün cavabları yalnız "Space" kanalında nümayiş olunan "Abituriyent" verilişdə səsləndirilir. Onun sözlərinə görə, digər verilişdə səslənən fikirlərə, sualların cavablarına görə komissiya hər hansı bir məsuliyyət daşımır\".
TQDK bütün abituriyentlərin nəzərinə çatdırır ki, "Xəzər" TV-nin efirində yayımlanan "Abituriyent" verilişində səslənən rəylər və sualların cavablandırılması ilə bağlı qurum heç bir məsuliyyəti öz üzərinə götürmür. Qurum "Space" TV-də yayımlanan "Abituriyent" verilişindən sorumludur və heyətin hamısı "TQDK"-nın əməkdaşlarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB